09 avqust 2022 18:18
919

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında ölkə gündəmi müzakirə edilib

9 avqust 2022-ci il tarixdə YAP Daşkəsən rayon təşkilatının Daşkəsən Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında Ordumuzun  Laçın rayonu ərazisində apardığı uğurlu  “Qisas” əməliyyatından, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən 13-cü Səfirlər Konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalardan və ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinə səfərindən danışılıb.

“İki sahil” xəbər verir ki,  çıxış edənlər uğurlu “Qisas” əməliyyatından sonra Laçın şəhərində və Zabux yaşayış məntəqəsində qeyri-qanuni yaşayan əhalinin köçürülməsinə başlanılmasından, təkrar olaraq Dəmir Yumruğun ermənilərin başına dəyməsindən söhbət açıblar. Yığıncaq iştirakçıları əmin olduqlarını bildirdilər ki, Azərbaycan xalqının iradəsinə inanan ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev nəzərdə tutulan bütün məsələləri uğurla başa çatdıracaq.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və mühasib Elvin Əliyev iştirak ediblər. Yekunda bir qrup səhiyyə işçisi YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.