Bu gün Xalq artisti Emin Ağalarovun Kəlbəcərdə konserti baş tutub.
“İki sahil” xəbər verir ki, müğənni konserti ilə bağlı paylaşım edərək həmkarlarına təşəkkürünü bildirib:
“Bu gün Kəlbəcərdə Vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün böyük qürur hissi duyuram. Yaşa doğma Azərbaycan! Eləcə də, böyük məmnuniyyətlə və qürur hissi ilə tədbirdə iştirak edən bütün həmkarlarıma təşəkkürlərimi bildirmək istəyirəm”.