19 sentyabr 2022 02:18
683

Ermənistan son döyüşlərdə məhv edilmiş qadın hərbçilərinin adlarını açıqlayıb

Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 5 qadın hərbçisi məhv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər - Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.

Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.