Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
***
Cinayətkar yeni tələblər irəli sürüb.
İndi o, 2 milyon dollarla yanaşı, helikopter, tilov və Rusiya bayrağı istəyir.
***
Kutaisidə banka silahlı basqın edən şəxs girovların azadlığa buraxılması müqabilində 2 milyon dollar tələb edir.
Bu barədə yerli mediaya ötürülən videoda bildirilir. Yayılan görüntülərdə basqını törədən şəxsin üzərində partlayıcı olduğu ehtimal edilən qurğu görünür.
Yerli KİV girovlardan ikisinin azad edildiyini bildirir.
***

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.
“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.