25 sentyabr 2022 16:09
529

Kamran Əliyev Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.

“İki sahil” xəbər verir ki, Baş prokuror sentyabrın 25-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

K.Əliyevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları müşayiət ediblər.