25 sentyabr 2022 17:30
519

Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev sentyabrın 25-də bu ölkənin Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

"İki sahil" xəbər verir ki, görüşdə ölkələrimizin prokurorluq orqanları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məsələləri diqqət mərkəzində olub.