26 sentyabr 2022 13:56
540

Masallıda şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - FOTO

Masallı rayon Ərkivan qəsəbəsində Vətən Müharibəsi şəhidi Seyfullayev Sənan Mətləb oğlunun doğum günü qeyd olundu.

“İki sahil” xəbər verir ki, Masallı rayon Ərkivan qəsəbəsində Vətən Müharibəsi şəhidi Seyfullayev Sənan Mətləb oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri  ilə marağlanılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.