29 yanvar 2023 21:35
475

TFF Mərkəzi Hakimlər Komitəsinə ilk dəfə qadın sədr seçilib

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinə (MHK) yeni sədr seçilib.

"İki sahil" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Lalə Orta MHK-ya yeni sədr təyin edilib.

Onu da qeyd edək ki, Lalə Orta Türkiyənin ilk qadın məşqçisi, ölkənin ilk FİFA dərəcəli qadın hakimi olub.