07 fevral 2023 17:44
485

"Qalatasaray"ın futbolçusu axtarış-xilasetmə işlərinə qatıldı

"Qalatasaray"ın futbolçusu İsmail Çipe Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qalanlar üçün axtarış-xilasetmə işlərinə qatılıb.

“İki sahil” xəbər verir ki, bu barədə qolkiper öz sosal şəbəkə hesablarında bildirib. 28 yaşlı qapıçı doğulduğu, təbii fəlakətin olduğu şəhərlərdən biri Hataya yollanıb. O, axtarış-xilasetmə işlərinə qatılıb. 

Həmçinin Çipe Hataya çox sayda yorğan və isidici əşyalar aparıb.

İsmail ailəsinin dağıntılar altından sağ-salamat qurtarıldığını açıqlayıb.O. daha sonra digər zərərgörənlərin xilas olması üçün işlərə qatılıb.