Energetika naziri Pərviz Şahbazovun ABŞ-a səfəri çərçivəsində Dünya Bankı ilə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsi razılaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın yaşıl enerji keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”, - paylaşımda qeyd olunur.
In the meeting in USA, we agreed with @anbassani, @WorldBank Vice President for Europe and Central Asia to accelerate the financial support for the grid strengthening project as a contribution to #COP29. WB is ready to support Azerbaijan's progress in the #GreenEnergyTransition. pic.twitter.com/HWSijnMlgW
— Parviz Shahbazov (@ParvizShahbazov) February 20, 2024