22 fevral 2024 16:33
440

Danimarka F-16 qırıcılarını Ukraynaya yayda verəcək

Danimarka yayda F-16 qırıcılarının ilk partiyasını Ukraynaya təhvil verəcək.

"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

“Bundan başqa, Kiyev üçün yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və 15 min artilleriya mərmisi daxildir”, - o vurğulayıb.

Xatırladaq ki, Niderland və Danimarka ilk olaraq Ukraynaya F-16-ların verilməsinə razılıq verib.