23 fevral 2024 10:59
557

COP29 ölkəmizin  beynəlxalq nüfuzuna yeni əlavələr edəcək   

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır

“İki sahil” xəbər verir ki, İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi ölkəmizin bu ilin noyabrayında ev sahibliyi edəcəyi COP29 mötəbər beynəlxalq tədbirə münasibətində bildirib ki, bu kimi mühüm qərarlar Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır: “Bu gün Azərbaycan qalib ölkə olaraq yaratdığı reallıqlarla regionda, dünya siyasətində yeniliklərə yol açır. Ölkəmizin nüfuzu gündən-günə artır. Azərbaycanın  COP29-a ev sahibliyi də bunun  təsdiqidir. Cənab İlham Əliyev bu mühüm tədbirə Azərbaycanın ev sahibliyini   dünya ictimaiyyəti tərəfindən bizə  göstərilən böyük hörmət və rəğbət, eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymət kimi səciyyələndirir.”

O da qeyd edilib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi, həmçinin ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi həm bu məsələnin aktuallığını, həm də Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini açıqlayır. Hər bir beynəlxalq tədbir keçirilən ölkə ilə yanaşı,  iştirakçı dövlətlərin də  gündəmə gətirilən məsələ ilə bağlı təcrübəsinin öyrənilməsində,  hədəflərə doğru səylərin birləşdirilməsində öz sözünü deyir. Bakı  iki həftə ərzində  dünyanın  mərkəzi  olacaq. 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, Azərbaycanı daha yaxından tanıyacaq, həqiqətlərimizin təbliğatçısına çevriləcəklər.”    

Münasibətdə vurğulanıb ki, COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Ölkəmiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi daim dünyanın diqqətindədir: “Bu, ölkəmizin hərtərəfli inkişafının və  zəngin təcrübəyə malik olmasının göstəricisidir. Azərbaycan  qlobal probemlərin həllinə böyük töhfələr verir. Əməkdaşlığa, sülhə, təhlükəsizliyə yönələn çağırışları, irəli sürdüyü təşəbbüsləri daim beynəlxalq dəstək qazanır. Azərbaycan COP29 beynəlxalq konfransını da  yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. COP29 ölkəmizin beynəlxalq nüfuzuna yeni əlavələr edəcək.”