23 fevral 2024 11:27
509

COP29 prezidenti ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini ilə görüşüb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

"COP29-un prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai COP29 çərçivəsində əməkdaşlığın zəruriliyini vurğulamaq üçün ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz ilə görüşüblər", - məlumatda qeyd edilib.