23 fevral 2024 13:55
492

ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini ilə COP29-la bağlı fikir mübadiləsi aparılıb

ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini xanım Syu Biniazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.