Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 98 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“İki sahil”in XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 27 % çoxdur.
Kibertəhdidlərin 76-sı daxili araşdırma, 22-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Hesabat ayında “AzStateNet” şəbəkəsi üzrə 90,780 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 415 700 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 9 208 zərərverici tərkibli elektron sənəd blok edilib.
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib