Ötən ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 804 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin sonu ilə müqayisədə 13,2 % çoxdur.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 952 milyon manatı və yaxud 52,8 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 32,4 % çoxdur.
O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 33,2 % artaraq 842 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 26,4 % artaraq 110 milyon manata çatıb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 1,9 % artaraq 325 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 21 % azalaraq 94 milyon manat, digər aktivləri isə 1,1 % azalaraq 433 milyon manat təşkil edib.
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib