Qərb ölkələri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyindən qaynaqlanan problemlərini anlamır, ya da anlamaq istəmir.
“İki sahil” xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti (2010-2015) İvo Yosipoviç Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda çıxışında deyib.
O bildirib ki, avtomobil sənayesi ilə bağlı tənqidlərlə yanaşı bu sahəyə daha çox investsiya qoyan da Qərb ölkələridir:
"Hesab edirəm ki, COP29 ilin ən vacib tədbirlərindən biridir. Biz bu tədbir çərçivəsində gələcəyimizi müəyyən edir, planetin üzləşdiyi problemləri müzakirə edirik. Gələcəyimiz üçün hansı addımları atmalıyıq, bunu müzakirə edirik. Mənim gözləntilərim çox böyükdür".
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib