19 iyun 2024 17:57
627

Csaba Körosi: Son 25 ildə hava ilə bağlı böyük təbii fəlakətlərin 90 faizi sudan qaynaqlanıb

Bakıda “COP29-a gedən yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən 29-cu yüksək səviyyəli görüşün iştirakçıları panel müzakirəsi zamanı iqlim dəyişikliyinin su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsirini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, BMT Baş Assambleyasının keçmiş sədri Csaba Körosi qeyd edib ki, iqlim dəyişikliyi və ətraf mühitin həddən artıq çirklənməsi səbəbindən hidroloji dövranını kəskin şəkildə dəyişib.

“İqlim dəyişikliyi nəticəsində son 25 ildə hava ilə bağlı böyük təbii fəlakətlərin 90 faizi məhz sudan qaynaqlanıb”, - deyə o bildirib.

Bakıda keçirilən iqlim konfransının uğur qazanması üçün sədrlik edən komandaya edilən təkliflərdən biri də
COP29-da problemlər və qətnamələr üzrə səsvermə üçün xüsusi qrupun yaradılması idi.

Moldovanın keçmiş baş naziri Kiril Qaburiç də öz növbəsində müzakirələr zamanı qeyd edib ki, istənilən işdə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq üçün insani yanaşma nümayiş etdirmək lazımdır.

"Qərar vermə prosesimizə daha çox insani dəyərlər qata bilsək, əgər biz xarici məqsədlər və prioritetlər təyin edə bilsək, bütün bunlar hədəflərimizə çatmağımıza kömək edəcək" - deyə o bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş baş elmi işçisi İsmahane Elouafi də müasir bəşəriyyətin su dövranının pozulmasının şahidi olduğunu vurğulayıb.