COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu COP29-da əsas prioriteti iqlim dəyişikliyi problemlərinin həllində biznesi cəlb etmək adlandırıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maliyyə risklərinin artmasına baxmayaraq, imkanlar da artmaqdadır: "Bizneslərin töhfə verməsi üçün biz universitetlərimizi inkişaf etdirməli, yaşıl innovasiyaları dəstəkləmək üçün tədqiqatları təşviq etməliyik".