Vaşinqton Rusiya prezidenti Putinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifini dərhal rədd etməməli idi.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamentində Rusiya-Amerika prezidentlərinin ikitərəfli komissiyasının keçmiş müşaviri Ceyms Karden “The American Conservative” jurnalı üçün məqaləsində yazır.
"Bayden administrasiyası, əgər onun üçün işləyən həqiqi diplomatlara malik olsaydı, Rusiya liderinin təkliflərindən danışıqlar üçün başlanğıc nöqtəsi kimi istifadə etməyə çalışa bilərdi" deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Putin bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlar təklifi münaqişənin tam dayandırılmasını nəzərdə tutur.