İnkişaf etməkdə olan ölkələrdən fərqli olaraq istixana qazı emissiyalarına cavabdeh olan dövlətlər onları azaltmaq imkanına malikdirlər.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixən istixana qazları emissiyalarının əksəriyyətinə görə məsuliyyət daşıyan ölkələr önə çıxır:
“Maraqlıdır ki, əhəmiyyətli miqdarda tullantılar yaradan iqtisadi modellər sayəsində inkişaf etmiş bu ölkələrin onları azaltmaq üçün resursları və texnologiyaları var. Bu, paradoksal vəziyyət yaradır”.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib