İqlim dəyişikliyini sülh olmadan dayandırmaq mümkün deyil. Məhz buna görə də Bakının iqlim və sülh məsələlərini birləşdirən təşəbbüsü böyük əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iqlim və sülh naminə hərəkət etməyin vaxtı çatıb.
"Biz hərəkət etməliyik. Hesab edirəm ki, bu platforma məqsədlərimizə çatmaq üçün çox faydalı ola bilər. Eyni zamanda, digər ölkələri düşünməyə vadar edə bilər. İqlim və sülh, eləcə də iqlim və təhlükəsizlik qlobal problemdir. Gələcəkdə bu, xüsusilə də uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları tapmasaq ciddi problemə çevrilə bilər", - Korvaro vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir