Hazırda dünyada 59 münaqişə ocağı var. Dünyanın bir çox ölkələrində inflyasiya dərəcəsi artır. Bir çox ölkələrdə milli valyutalar dəyər itirir. Beləliklə, hər bir müharibə dəhşətli faciələr yaradır. Pandemiyalar səbəbindən xərclər artır, bu da qiymətlərin artmasına səbəb olur.
“İki sahil” xəbər verir ki, bu sözləri Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin Direktoru Martin Frik noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulub. Həmçinin iqlim dəyişikliyi də bu problemlərə daxildir.
"Hazırda dünyanın 10 milyard insanın yaşaması üçün qidalandırma potensialı var. Lakin qidaların paylanması qeyri-bərabərdir", - deyə o vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir