Azərbaycan "yaşıl bacarıqlar"ın inkişafına fokuslanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı müxtəlif layihələrə start verilib.
"Yaşıl iqtisadiyyat"a keçidin uğurla həyata keçirilməsi üçün insan kapitalının inkişafına yönəlmiş kreativ yanaşmaların vacibliyini diqqətə çatdıran nazir bu keçid prosesinin sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməli olduğunu bildirib.
S.Babayev vurğulayıb ki, insan resurslarının əmək bazarında baş verən dəyişikliklərə uyğun inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir