Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqlim və sağlamlıq üzrə daimi Bakı Həmsədrlər Koalisiyasının yaradılması barədə niyyət məktubunun imzalanması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu koalisiyaya Azərbaycan, BMT, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliya rəhbərlik edəcək:
"Bu platforma indiyədək göstərilən bütün səyləri gücləndirməyə və bu istiqamətdə mövcud təşəbbüsləri dəstəkləmək üçün lazım olan hər şeyi təmin etməyə imkan verəcək".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir