Bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qlobal iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlardır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Estoniya ətraf mühit investisiya mərkəzinin inkişaf və tərəfdaşlıq rəhbəri Helen Sulg söyləyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin qaçılmaz təsirlərinin aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır:”İnanıram ki, COP29-da iştirak edən siyasətçilər, mütəxəssislər, iş adamları, vətəndaş təşkilatları konsensusa gəlib bəzi qərarları qəbul edəcək və buna əməl olunacaq”.
COP29 məkanını çox bəyənən estoniyalı nümayəndə COP29-un təşkilatçılığını və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirib: “Azərbaycan xalqının və mədəniyyətinin necə gözəl və qonaqpərvər olduğuna heyranam.”
Yaqut Ağaşahqızı, “İki sahil”
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir