“HEY” kompaniyasının səfiriləri Emaan Danish Khan, Niya Tapo, Krispus Mvemaho, Dominik Respublikasının iqlim dəyişikliyi və Davamlı İnkişaf nazirinin müavini Ana Emilia Pimentel Rodriguez, “HEY” kampaniyasının koordinatoru Yezid Salahudin Mikayıl çıxış ediblər.
Panel müzakirələrdə vurğulanıb ki, iqlim dəyişmələrinin insan sağlamlığına təsiri getdikcə artan qlobal narahatlıqdır və bütün dünyada əhali üçün əhəmiyyətli təsirlər var, ən çox təsirlənən əhali qruplarından biri uşaqlar və gənclərdir. Qeyd olunub ki, iqlim dəyişmələrinin 2030-2050-ci illər arasında yalnız qidalanma, malyariya, ishal və istilik stressi səbəbindən hər il təxminən 250000 əlavə ölümə səbəb olacağı gözlənilir.
Bildirilib ki, iqlim dəyişmələri ilə bağlı birbaşa sağlamlıq xərclərinin, xüsusilə səhiyyə infrastrukturu zəif olan regionlara, əsasən də inkişaf etməkdə olan ölkələrdə 2030-cu ilə qədər hər il 2-4 milyard dollara çatacağı təxmin edilir.
Panel müzakirəsində Afrika, Asiya, Karib hövzəsi və Şimali Amerikadan olan “HEY” kompaniyasının səfirləri iqlim dəyişmələrinin öz icmaları arasında insan sağlamlığına necə təsir etdiyi, çempion kimi gördükləri tədbirlər və COP29-da qlobal liderlərə tədbirlər görməklə bağlı çağırışları haqqında məruzələrini bölüşüblər.
Orxan Vahidoğlu, “İki sahil”
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir