İqlim dəyişikliyi ilə mübarizədə qətiyyətlə hərəkət etməyimiz çox vacibdir.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın sabiq Baş naziri Tereza Mey özünün “X” sosial media şəbəkəsində bildirib.
O, paylaşımında ötən həftə Bakıda başlayan COP29-da iştirak etdiyini qeyd edib və qlobal iqlim dəyişikliklərinə qarşı təcili və əhəmiyyətli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Tereza Mey bu il orta temperaturun 1.5 dərəcə sərhədini keçmə ehtimalının olduğunu qeyd edərək, planetimizi və insanları qorumaq üçün bu gündən qərarlı hərəkət etməyin önəmli olduğunu bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir