Beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş “Vahid Sağlamlıq” konsepsiyası xüsusi aktuallıq kəsb edir. Bu konsepsiya insan, heyvan və ekosistemin sağlamlığının optimal səviyyələrinə çatmağa və bunlar arasında davamlı tarazlığa nail olmağa yönəlmiş vahid yanaşmadır.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayevanın (COP29) çərçivəsində keçirilən “Vahid Sağlamlıq Konfransı”nda deyib.
“Bu konsepsiya qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır”, - deyə o bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir