Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir.
“İki sahil” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib.

Onun sözlərinə görə, Xəzər dənizi də iqlim dəyişikliyinin təsirlərinə məruz qalır: "İqlim dəyişikliyi, məsuliyyətsiz insan fəaliyyəti öz təsirini göstərir və sübutlar göz önündədir. İldən-ilə dəniz daha da geri çəkilir. Bu vəziyyət bizim yaratdığımız problem deyil, sərhədlərimizdən kənarda olan qüvvələrin işidir. Çünki Xəzəri qidalandıran çayların mənbəyi ölkə ərazisindən kənarda yerləşir".
A.Əliyeva bildirib ki, Xəzər dənizinin üzləşdiyi problemlə bağlı təcili və cəsarətli tədbirlər görülməsə, geridönüş mümkün olmayacaq: "Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir. Biz humanitar böhranla üzləşirik. Saysız-hesabsız insanın dolanışığı, mədəniyyəti və gələcəyi təhlükə altındadır".
İcraçı direktor Xəzər dənizindəki problemin həll etmək üçün regional əməkdaşlığa və qlobal həmrəyliyə diqqət çəkib.
Orxan Vahidoğlu, "İki sahil"
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir