Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində üzvi tullantılar sektorunda metan emissiyalarının azaldılması haqqında bəyannamə qəbul ediləcək.
“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, bəyannamə ölkələri gələcək Milli səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində qida tullantıları üzrə sektoral hədəflər hazırlamağa məcbur edir: "Metan emissiyalarının azaldılması strategiyalarının NCQG-yə daxil edilməsində ölkələrə dəstəyə görə Martina Otto, İqlim və Təmiz Hava Koalisiyası və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürümü bildirirəm. 30-dan çox ölkə bəyannaməni dəstəkləyib", - deyə o qeyd edib.
Baş danışıqçı bildirib ki, bəyannamə həm də daha geniş təsirlərin azaldılması üzrə tədbirlər paketinin bir hissəsidir: "Bura enerji saxlanması, şəbəkələr, “yaşıl enerji” zonaları və dəhlizləri, hidrogen enerjisi, rəqəmsallaşma, şəhərlər və turizm üzrə öhdəliklər və bəyannamələr daxildir".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir