22 may 2025 10:54
100

Almaniya Rusiya ilə sərhəddə hərbi kontingentini gücləndirəcək

Almaniya Rusiyaya qarşı qabaqlayıcı tədbir olaraq Litva ərazisində tank briqadasının şəxsi heyətini artıracaq.

“İki sahil” xəbər verir ki, bu xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Almaniya briqadanın formalaşdırılmasını 2027-ci ilə qədər yekunlaşdırmaq niyyətindədir. Onun şəxsi heyəti təxminən 5 min nəfərə çatdırılacaq.

Qeyd edilir ki, bu Almaniyanın İkinci Dünya müharibəsindən bəri ölkə xaricinə dislokasiya etdiyi ilk daimi tank briqadası olacaq.