08 oktyabr 2025 14:52
541

İtaliyanın müdafiə naziri kolon xərçəngi əməliyyatı keçirib

İtaliyanın müdafiə naziri Quido Krosetto əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, nazir paytaxt Romadakı Fatebenefratelli Xəstəxanasında kolon xərçəngi əməliyyatı keçirib. Müdafiə Nazirliyi əməliyyatın uğurlu keçdiyini və onun vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Bildirilib ki, hazırda histoloji nəticələr gözlənilir.

Qeyd edək ki, Quido Krosetto 2024-cü ilin fevral və may aylarında da xəstəxanaya yerləşdirilmişdi. O, son aylarda səhhətində problemlərlə üzləşmişdi.