ABŞ prezidenti Donald Tramp İsrail və Fələstinin Həmas hərəkatı arasında əldə olunan razılaşmadan sonra digər ölkələrlə birlikdə ABŞ-ın Qəzza zolağının yenidən qurulmasında iştirak edəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, CNN dövlət başçısının sözlərindən sitat gətirib: “Düşünürəm ki, siz insanların münasibətləri düzəltdiyini və Qəzzanın yenidən qurulduğunu görəcəksiniz.
Tramp bərpada hansı ölkələrin iştirak edəcəyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, münaqişə həll edildikdən sonra Qəzza zolağı “daha təhlükəsiz yerə” çevriləcək.