09 oktyabr 2025 12:37
396

Fransa sabahı gözləyir

Fransada baş nazir vəzifəsini tərk edən Sebastien Lekornu "Fransa 2" kanalında çıxış edib. Prezident Emmanuel Makronun Fransa xalqına müraciət edəcəyi gözlənilirdi, lakin o, yenə susmağa üstünlük verdi. Sebastien Lekornu parlamenti buraxmaqdan qaçmağın mümkün olduğunu bəyan edib və cümə günü yeni baş nazirin təyin olunacağını vəd edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

O, parlament fraksiyaları ilə danışıqlarını yekunlaşdıraraq bəyan edib ki, deputatların mütləq əksəriyyəti növbədənkənar seçkilərin əleyhinədir. O, parlamentin buraxılmasının mümkünlüyünü istisna etmir, lakin onun sözlərinə görə, bu perspektiv uzaqlaşır: "Vəziyyət buna imkan verir”.

O, sosialistlər, kommunistlər, yaşıllar və respublikaçılarla görüşərək onları ölkəni yeni seçki kampaniyasına sövq etməməyə çağırıb.

Marin Le Pen açıq şəkildə bəyan etdi ki, o, Makron tərəfindən təyin olunan istənilən hökumətin devrilməsinə çalışacaq.