Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüş hazırda müzakirə olunmur. Belə bir məsələ gündəmdə deyil.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Vladimir Putin və Donald Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün avqustun 15-də Ankoricdə görüşüblər. Eyni zamanda, Rusiya prezidenti amerikalı həmkarına növbəti danışıqları Moskvada keçirməyi təklif edib və Tramp bunu nəzərdən keçirəcəyini vəd edib. Bununla belə, liderlərin növbəti görüşünün planları açıqlanmayıb.