09 oktyabr 2025 12:57
439

Paşinyan MDB sammitində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammitində iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb. 

N.Paşinyan Tacikistana Belçikadan gedəcək. O burada "Global Gateway" forumunda iştirak edir.