09 oktyabr 2025 13:14
481

Auditorlar Aİ büdcəsində 6 milyard avroluq qeyri-qanuni xərclər müəyyən ediblər

Aİ-nin büdcə xərclərini hər il yoxlayan Avropa Auditorlar Məhkəməsi (ECA) 2024-cü il üçün nisbətin 3,6% olduğunu müəyyən edib. Bu, 2%-lik standartdan xeyli yüksəkdir, lakin 2023-cü ildə rekord göstərici olan 5,6%-dən aşağıdır.

“İki sahil” xəbər verir ki, Almaniyanın “Handelsblatt” qəzetinə görə, bu, təxminən 6 milyard avronun səhv, qeyri-düzgün xərcləndiyi deməkdir.

Bir çox qeyri-qanuni xərclər Aİ-nin büdcə vəsaitlərinin Aİ standartlarına və tələblərinə uyğun olmayan layihələrə ayrılması, habelə qaydalara görə ödənilməməli olan xərclərin ödənilməsi ilə bağlıdır.

Bundan başqa, dövlət satınalmaları ilə bağlı tələblərin tez-tez pozulması halları qeydə alınıb.