09 oktyabr 2025 13:22
496

Ukrayna ilə bağlı məsələdə ABŞ-Rusiya dialoqunda fasilə var - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı dialoqda ciddi fasilə yaranıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu, onun Rusiya Xarici İşlər Nazirliyinin Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra nizamlanma impulsunun böyük ölçüdə tükəndiyi barədə bəyanatına verdiyi izahat olub.

“Bu, ilk növbədə onunla bağlıdır ki, həqiqətən də ümumi dialoq prosesində, İstanbul danışıqlarının inkişafında əhəmiyyətli fasilə yaranıb”, - Kreml sözçüsü izah edib.

Onun sözlərinə görə, Ukrayna aydın şəkildə avropalılar tərəfindən həvəsləndirilir və cəbhə xəttində nəyinsə dəyişəcəyini gözlədiyi üçün hərbi əməliyyatlara son qoymağa çalışmır.