Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ ölkələrini Avropa hava məkanına pilotsuz təyyarələrin müdaxiləsinə cavab verməyə çağırıb. O, bu hadisələri düşünülmüş və məqsədyönlü kampaniya adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Bir hadisə səhv ola bilər. İkinci, təsadüf. Bəs üçüncü, beşinci, onuncu?" - deyə, fon der Leyen Avropa Parlamentində çıxışında deyib.
Son həftələr bir neçə Avropa ölkəsi Rusiyanı hava məkanını pozmaqda ittiham edib. Estoniya hakimiyyəti Finlandiya körfəzi üzərində uçan Rusiyaya məxsus MiQ-31 qırıcılarını aşkarladığını iddia edib. Polşa Rusiyanın bir neçə pilotsuz təyyarəsini vurduğunu iddia edib.
Oktyabrın 2 və 3-də Münhen Hava Limanı başda naməlum dronların görünməsi səbəbindən fəaliyyətini dayandırıb və Almaniya kansleri Fridrix Merts Rusiyanı casusluqda və sabitliyi pozmaqda ittiham etdi. Kreml pilotsuz təyyarələrin Avropaya buraxılmasında hər hansı əli olduğunu inkar edir.