Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin təhlükəsizlik qüvvələrini sərt şəkildə tənqid edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
O, ölkənin əsas kəşfiyyat orqanı olan Təhlükəsizlik və İnformasiya Agentliyini (BİA) ya Serbiyada xarici döyüş təlim düşərgələrinin mövcudluğunu gizlətməkdə, ya da qarşı tərəfə işləməkdə ittiham edib.
Vuçiç həmçinin iddia edib ki, xüsusi prokurorluq və polis onun həbsini planlaşdırır. Serbiyada bir çoxları prezidentin bəyanatlarını noyabrın 1-də ölkədə gözlənilən kütləvi etirazlar ərəfəsində təhlükəsizlik qüvvələrinə təzyiq kimi şərh edib. Prezident onlardan hakimiyyətə sadiq qalmalarını və etirazçılara qarşı qəti addımlar atacaqlarını gözləyir.