Qəzzəda atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar girovların azad edilməsindən bir gün sonra başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı diplomatik mənbələrə istinadən xəbər verir.
Lakin bütün girovların, o cümlədən həlak olanların meyitlərinin təhvil verilməsinin nəzərdə tutulub-tutulmadığı aydın deyil.
Mənbələrin məlumatına görə, Misir amerikalı diplomatlara bildirib ki, İsrailə Qəzza sektoru ilə ölkəsinin sərhədboyu daimi hərbi mövcudluq saxlamağa icazə verməyəcək.