22 may 2025 08:50
89

Çində torpaq sürüşmələri zamanı bir neçə nəfər dağıntı altında qalıb

Çinin cənubundakı Quyçjou əyalətində baş verən iki torpaq sürüşməsi nəticəsində xeyli sayda insan dağıntı altında qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə Dafan qraflığında baş verib. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Hazırda hadisə yerində xilasetmə işləri görülür.