Meksikada dizel zavodunda güclü partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "BNO News" nəşri məlumat verib.
Partlayış nəticəsində ən azı bir nəfər yaralanıb və xəstəxanaya aparılıb. 11 nəfər ehtiyat tədbiri olaraq hadisə yerindən təxliyə edilib.
Yanğın hər birinin tutumu 10 000 litrdən çox olan ən azı 13 konteynerə yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü partlayış, ardından ətrafa yayılan alov və qatı qara tüstü, həmçinin yanan yanacaq konteynerləri görünür.