Dağlar diyarı Lerik rayonunun qabaqcıl təhsil ocağı sayılan Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin 100 yaşı tamam oldu. Bu münasibətlə məktəbdə yubiley tədbir keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Milli Məclisin deputatı İqbal Məmmədovun, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbaninin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərin, təhsil işçilərin, şəhid ailəsi üzvlərin, müharibə iştirakçıların, məktəbin məzunlar və ictimaiyyət nümayəndələrin qatıldığı tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin, məktəbin vəfat etmiş müəllimlərinin və məzunlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi başlandı.
100 yaşlı təhsil müəssisəsinin tarixindən, ötən dövrdə əldə edilmiş uğurlardan danışan məktəbin direktoru Eltay Almasov dedi:- Məktəbimizin 100 illik yubiley tədbirə gələnləri ürəkdən salamlayıram. Məlumunuz olsun ki, məktəbin indiyədək 3400-dən çox məzunundan 500-ə yaxını Azərbaycan Respublikasında, 220 nəfərə qədəri müxtəlif xarici ölkələrdə ali təhsil müəssisələrini bitirmiş, 120-dən artıq məzun orta ixtisas təhsili almışdır. Məzunlar arasında elmin müxtəlif sahələri üzrə 6 nəfər elmlər doktoru, 25 nəfərdən çox elmlər namizədi, aspirant, dissertant və magistrlər, yüzlərlə müəllim, 30 nəfərdən çox həkim, onlarla hüquqşünas, jurnalistlər, mühəndislər, iqtisadçılar, hərbçilər, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşirlər, kənd təsərrüfatı mütəxəssisləri vardır. Həm də təhsil ocağın dörd məzunu Birinci Qarabağ, ikisi Vətən müharibələrində şəhidlik zirvəsinə yüksəlmişdir.
Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Milli Məclisin deputatı İqbal Məmmədov, Maliyyə Nazirliyinin əməkdaşı Məzahir Ağazadə, məktəbin məzunu, naşir Akif Dənzizadə və digərləri çıxış edərək əlamətdar yubiley münasibətilə təbriklərini bildirdilər , eyni zamanda tarixinə nəzər salaraq bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu, eləcə bundan sonra da uğurlarının davamlı olacağına əminliyini söylədilər.
Söz icra başçısı Əkbər Abbasov veriləndə o, 100 illik yubileyi münasibətilə təhsil müəssisəsinin pedaqoji kollektivini, məzunları, kənd ictimaiyyətini təbrikdən sonra bildirdi: - Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbi əldə etdiyi uğurlara görə rayonun təhsil müəssisələri arasında seçilir. Məzunları arasında yüksək nailiyyətlər əldə etmiş yüzlərlə ziyalının yer alması qürur verici haldır. Azərbaycan dövlətinin həmişə təhsil sahəsinə xüsusi qayğısı olubdur. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirilib, Prezident cənab İlham Əliyev də Ulu Öndərin ənənələrinə sadiq qalaraq təhsil sahəsində mühüm tədbirlər həyata keçirməklə , ölkəmizdə təhsil islahatları uğurla aparır. Bəli, inanmaq olar ki, məktəbin indiki şagirdləri gələcəkdə savadlı, bilikli, bacarıqlı, vətənpərvər gənc kadrlar kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Yubiley tədbirində rayonun ictimai həyatında fərqlənən məktəbin məzunlardan Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanına layiq görünələr də oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü